Azərbaycanda mobil telefonlar ucuzlaşdı - RƏSMİ

Azərbaycanda mobil telefonlar ucuzlaşdı - RƏSMİ
SOSİAL
20:56 12.11.2018
3505
Bu ilin yanvar-oktyabr aylarında qeyri-ərzaq mallarının qiymətləri 2,8 faiz bahalaşıb. 

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 

Cari ilin oktyabr ayında sentyabr ayına nisbətən qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz bahalaşıb.

Ay ərzində qeyri-ərzaq mallarından parçaların, geyimin, ayaqqabıların, inşaat materiallarının, kiçik elektrik cihazlarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, fərdi və planşet tipli kompüterlərin, dəftərxana ləvazimatlarının qiymətlərində bahalaşma, paltaryuyan maşınların, kondisionerlərin, tozsoranların, mobil telefonların, fotoaparatların qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib

OXŞAR XƏBƏRLƏR