Azərbaycanda müasir suvarma şəbəkəsi genişlənir - VİDEO

Azərbaycanda müasir suvarma şəbəkəsi genişlənir - VİDEO
SOSİAL
01:46 30.05.2026
571
Kənd təsərrüfatında daha çox məhsul əldə etmək üçün təkcə torpaq, toxum, texnika və gübrə kifayət etmir. Əsas məsələlərdən biri suyun düzgün idarə olunması və müasir suvarma sistemlərinin genişləndirilməsidir. İqlim dəyişikliyi, quraqlıq riskləri və suya tələbatın artdığı indiki dövrdə bu məsələ strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə də suvarma sistemlərinin yenilənməsi və məhsuldarlığın artırılması əsas istiqamətlərdən biri kimi qeyd olunub:

Ekspert Yunus Sadıqov deyir ki, bu sistemlər fermerlərin gəlirinin artmasına, yerli istehsalın güclənməsinə və ərzaq təhlükəsizliyinin daha dayanıqlı təmin olunmasına təkan verəcək. Eyni zamanda məhsulun maya dəyərinin azalması və ixrac imkanlarının genişlənməsi baxımından da mühüm hesab edilir. Suvarma ilə bağlı digər vacib istiqamət iri su kanalları və su anbarlarıdır. Şirvan kanalının yenidən qurulması, Qarabağ kanalının bərpası, eləcə də azad edilmiş ərazilərdə su təsərrüfatı infrastrukturunun yenilənməsi kənd təsərrüfatı üçün yeni imkanlar yaradır.

/Xəzər TV

OXŞAR XƏBƏRLƏR