Azərbaycanda müəllim məktəbdə öldü

Azərbaycanda müəllim məktəbdə öldü
SOSİAL
17:14 08.02.2019
5048
Qazax rayonunda müəllim çalışdığı məktəbdə ölüb.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, hadisə 2 nömrəli orta məktəbdə qeydə alınıb. 

Belə ki, məktəbin idman müəllimi, 46 yaşlı Emin Mirzəyevin müəllimlər otağında qəfildən halı pisləşib və yerə yıxılaraq ölüb. İlkin olaraq onun infarkt keçirərək öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR