Azərbaycanda müəllimlərin maaşları artdı

Azərbaycanda müəllimlərin maaşları artdı
SOSİAL
12:29 01.09.2019
12550
Azərbaycan Prezidenti İlham Əliyevin bu il iyunun 18-də imzaladığı "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında" və "Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında" sərəncamları qüvvəyə minib.

AZXEBER.COM xəbər verir ki, sentyabrın 1-dən qüvvəyə minən sərəncamlara əsasən, orta məktəblərdə və peşə məktəblərində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb. 
OXŞAR XƏBƏRLƏR