Azərbaycanda müğənni həbs olundu - Narkobaron imiş...

Azərbaycanda müğənni həbs olundu - Narkobaron imiş...
SOSİAL
10:20 11.02.2017
24797

Regional xüsusi xidmət orqanlarının axtardığı iri narkotik tacir Lənkəran rayon Polis İdarəsinin əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində ələ keçirilib. Qaynarinfo.Az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Lənkəran rayon Polis İdarəsindən məlumat verilib. Saxlanılan şəxs 1979-cu il təvəllüdlü Məmmədov Elnur Ağa oğludur.

O, əməliyyatçılar tərəfindən opium qəbul edərkən yaxalanıb. Məmmədovun saxlanılmasına səbəb yanvar ayında 2 kiloqram opiumun saxlanılması ilə bağlı aparılan araşdırma olub. Yanvarın 22-də Lənkəran RPİ-nin əməliyyatçıları iri partiya narkotik maddə ələ keçiriblər: 2 kq 100 q opium və 100 qr metamfetamin (amfetamindən hazırlanmış kristal məhsul). Reyd zamanı Lənkəran şəhər sakini, 1981-ci il təvəllüdlü Məmmədov Aqşin Aslan oğlu saxlanılıb.

Əməliyyatçılar Aqşin Məmmədovu avtomobillə Bakıya gələrkən yaxalayıblar. Axtarış zamanı Məmmədovun üzərindən 2 kq 100 qr opium və 100 qr metamfetamin (amfetamaindən hazırlanmış kristal məhsul) tapılaraq götürülüb. Məmmədov etiraf edib ki, şəhərdə opiumu 10 min manata, metamfetamini isə 5 min manata satmağa hazırlaşırmış. İlkin istintaq zamanı saxlanılan şəxs bildirib ki, narkotiki Rza adlı İran vətəndaşından alıb.

Məmmədovun sözlərinə görə, o, iranlıya 10 min manat verib ki, ona gül üçün dekorativ qablar göndərsin. Amma Rza gül qabı almayıb. "Gül qabları yoxdur, pul xərclənib, amma əvəzində opium var, onu Bakıda sataraq böyük pul əldə edə bilərsən" — iranlı Məmmədova bildirib. Məsələni beləcə həll ediblər. Məmmədov Rzadan opium və metamfetamin alıb və sərhəddən rahat keçirib. Amma Bakı yolunda onu asayiş keşikçiləri yaxalayıblar. Aqşin Məmmədovun telefon danışıqları araşdırılarkən xüsusi xidmət orqanlarının əməkdaşları opium sifarişçisi Elnur Məmmədovun izinə düşüblər. "O iri narkobarondur. Uzun müddətdir regionun xüsusi xidmətləri onu axtarırdılar. O, çox ustalıqla özünün cinayət fəaliyyətlərini gizlədib. Burada hamı Məmmədovu yerli toylarda mahnı oxuyan müğənni kimi tanıyır. İndi o, oxuya bilməyəcək, çünki həbsxanada buna görə pul vermirlər. Amma rəqs etməyi öyrənmək lazımdır” – polis ironiya ilə deyib.

Lənkəran RPİ-dən verilən məlumata görə, bu gün sözügedən şəxslərlə əlbir olan bütün cinayətkar dəstə, sifarişçilər və icraçılar saxlanılıb.

a
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
06:46 25.05.2025
Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
03:26 25.05.2025
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
03:15 25.05.2025
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub