"Bir il bundan öncə açıq-saçıq fotolar paylaşanda pis rəy yazanlar daha çox idi. İndi isə yazılan 100 rəydən cəmi 4-ü mənfi ola bilər. Dəyişiklikləri görürəm və çox şadam. Saytların səhifələrində isə rəyləri oxumuram”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında müğənni Dilarə Kazımova deyib. "Eurovision” təmsilçimiz homofobiyasının olmadığını da dilə gətirib:
"Ətrafımda gey tanışlarım olduğuna görə, heç kim mənə basqı etmir. Çünki xasiyyət baxımından özüm kimi dostlarımı tapıram. Hər kəsin öz seçimi və şəxsiyyəti var. Biz ondan soruşmamalıyıq ki, sən kimlə yaşayırsan?