Azərbaycanda muzdla işləyənlərin sayı 1,5 milyona yaxınlaşdı

İQTİSADİYYAT
10:58 14.05.2013
1614

2013-cü ilin aprelin 1-nə olan məlumata əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 479,3 min nəfər təşkil edib.

AZXEBER.COM-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, onlardan 901,2 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 578,1 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.Muzdla işləyənlərin 22,8 faizi təhsildə, 18,8 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,8 faizi sənayedə, 8,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,0 faizi tikintidə, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində və 16,7 faizi iqtisadiyyatın digər sahələrində çalışıb.

OXŞAR XƏBƏRLƏR