Azərbaycanda nazirlərə Yeni İl şoku – Xaricə getmək yasağı!

Azərbaycanda nazirlərə Yeni İl şoku – Xaricə getmək yasağı!
SİYASƏT
12:16 03.01.2016
10017

Azərbaycanın yüksək vəzifəli şəxslərinə Yeni il münasibəti ilə tətili ölkədən kənarda keçirmək qeyri-rəsmi olaraq yasaqlanıb. Bu barədə məlumatlı mənbədən bildirilib.

Mənbənin dediyinə görə, yasaq xüsusilə nazirlərə, komitə sədrlərinə, hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinə və icra başçılarına yönəlib: “Bunun ilk səbəbi ölkədə manatın ikinci dəfə və daha kəskin devalvasiyasından sonra yaranan şəraitdir. Hökumət üzvlərinə belə həssas dönəmdə tətil haqqında yox, yaranmış vəziyyəti aradan qaldırmaq yolları barədə düşünmək, eyni zamanda hər hansı ekstremal situasiyaya hazırlıqlı olmaq tapşırılıb”.

Digər tərəfdən, böhran dövründə iri məmurların hələ də ölkədən kənarda, üstəlik xeyli baha qiymətə başa gələn istirahət və əyləncə ilə məşğul olması məqbul sayılmır. Xüsusilə belə lüks tətillər barədə hər hansı informasiyanın yayılması sadə vətəndaşların olduqca çətin vəziyyətə düçar olduğu indiki vaxtda çinovniklərin hələ də öz komfortları naminə böyük xərclərdən çəkinmədiyi üzə çıxarsa, bu, cəmiyyətdə daha sərt reaksiya yarada bilər.

Hər halda indiyədək bayram tətillərində və məzuniyyət dövründə xaricə üz tutan, əlamətdar günləri orada, həm də kifayət qədər fantastik pullar xərcləyərək qeyd edən məmurlarımız üçün bu Yeni il yəqin xeyli maraqsız keçəcək. Axı onlar başqa təntənə və dəbdəbəyə öyrəşiblər... (qaynar.info)

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
22:54 14.03.2026
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb