Azərbaycanda nə qədər narkoman var? - VİDEO

Azərbaycanda nə qədər narkoman var? - VİDEO
SOSİAL
12:22 26.10.2021
312
"Azərbaycanda yuvarlaq götürsək 34 min narkotik aludəçisi var. BMT və digər beynəlxalq təşkilatlar bu rəqəmləri bütün ölkələrdə 10-a vururlar. Deməli, rəqəmlər bizdə kobud desək 400 minə gəlib çıxır".

AZXEBER.COM xəbər verir ki, bu sözləri İTV-də yayımlanan "Sabaha saxlamayaq" verlişində qonaq olan Narkomaniyaya qarşı mübarizə üzrə QHT Koalisiyasının sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvü Rauf Zeyni bildirib:

"Təsəvvür edin ki, bizdə 400 min narkotik aludəçisi var. Bir narkomandan onun ən azı iki ailə üzvü əzab-əziyyət çəkirsə, bu rəqəmlər 1 milyonu keçir. Mövcud durum 10 milyonluq ölkə üçün dəhşətli vəziyyətdir".
OXŞAR XƏBƏRLƏR