15:01 şənbə, 24 Avqust 2019
SOSİAL

Azərbaycanda nə qədər qanunsuz yaşayan miqrant var? - RƏSMİ

20:26, 18.07.20193714
Azərbaycanda nə qədər qanunsuz yaşayan miqrant var? - RƏSMİ

Azərbaycanda qanunsuz miqrantların sayı açıqlanıb.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2019-cu ilin 6 ayının yekunlarına dair keçirdiyi mətbuat konfransında bu haqda danışıb.

O deyib ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə yerləşdirilənlərin sayında 30 faiz azalma müşahidə olunur.

"Belə ki, ötən il qanunsuz miqrantların saxlama mərkəzlərinə 899 miqrant yerləşdirilib. Bu il isə 627 miqrant yerləşdirilib. Həmin miqrantlar Hindistan, İran, İraq, Türkiyə, Pakistan və digər ölkələrin vətəndaşlarıdır"- V.Hüseynov bildirib. 

XƏBƏR LENTİ