Xəbər verdiyimiz kimi, Qobustanda sərnişin daşıyan "Mercedes Vita" markalı 90 XP 790 nömrəli mikroavtobusun sürücüsü idarəetməni itirərək maşını aşırıb.
AZXEBER.COM-un "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, hadisə nəticəsində vəfat edən 1996-cı il təvəllüdlü Əminə Qabulovadır.
Məlumata görə, o, Qaxdan nənəsinin yasından qayıdırmış.
Qeyd edək ki, həmin mikroavtobusun Bakı-Zaqatala istiqamətində sərnişin daşıma ilə məşğul olduğu bildirilir.