Azərbaycanda nümayiş etdirilən 18+ cizgi filminin yayımı dayandırıldı

Azərbaycanda nümayiş etdirilən 18+ cizgi filminin yayımı dayandırıldı
MEDIA
15:55 26.10.2017
1508
Azərbaycanda özəl kanallardan birində erotik elementlər olan cizgi filminin yayımı dayandırılıb.

Bu barədə "Report"a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

O qeyd edib ki, kanallarda, əsasən, xarici ölkə istehsalı olan cizgi filmləri nümayiş olunur: "Bir sıra hallarda yerli istehsal olan cizgi filmlərdən istifadə olunur. Belə cizgi filmlərinə çox vaxt dövlət büdcəsindən maliyyələşən telekanallarda rast gəlirik. Cizgi filmi seçimlərini kanalların uşaq redaksiyalarındakı mütəxəssilər edir və hazırda bununla bağlı ciddi bir problemlə qarşılaşmırıq. Ancaq əvvəllər bəzi problemlər olurdu. Belə ki, ilin əvvəlində "Space"in səhər efirində uşaqların dünya görüşünə, əqli, mənəvi inkişafına mənfi təsir göstərə biləcək cizgi filmlərinə rast gəlinmişdi. Həmin cizgi filmlərində erotik məqamlar - ehtiraslı öpüşmə, ehtiras doğuran rəqslər, bu rəqslərin təsirindən bihuş olma və s. var idi. Bu da, əlbəttə ki, uşaqlar üçün uyğun gəlmirdi. Daha sonra Şuranın müdaxiləsi ilə bu tip cizgi filmlərinin nümayişi dayandırıldı. Yaxşı olardı ki, kanallar cizgi filmini efirə verməzdən əvvəl onun məzmununa baxsınlar".

O, xarici cizgi filmlərin kütləvi yayımının uşaqların milli adət-ənənələrimizdən uzaq düşməsinə gətirib çıxara biləcəyini və bunun köklü problem olduğunu əlavə edib: "Mən bu məsələdə kanalları günahlandırmaq istəmirəm. Yerli cizgi filmlərində isə keyfiyyətdən deyil, kəmiyyətdən narazıyıq. Ölkədə cizgi filmlər çox çəkilməlidir ki, kanallarda onları alıb efirə versinlər".
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb - Yenilənib
08:26 18.10.2026
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb - Yenilənib
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
07:50 18.10.2026
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
07:23 18.10.2026
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
Livan ABŞ və İsrail hərbçiləri ilə danışıqlara başlayır
07:12 18.10.2026
Livan ABŞ və İsrail hərbçiləri ilə danışıqlara başlayır
Lionel Messinin şərəfinə yeni bitki növü adlandırılıb
07:00 18.10.2026
Lionel Messinin şərəfinə yeni bitki növü adlandırılıb
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
06:40 18.10.2026
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
“İflic olacağam və yataqda qalacağam”
06:28 18.10.2026
“İflic olacağam və yataqda qalacağam”
Makronu ölümlə hədələdilər
06:10 18.10.2026
Makronu ölümlə hədələdilər