Azərbaycanda doğulan körpələrə müasir adlarla müqayisədə ölkəninməşhurşairlərinin daşıdığı adlar daha az verilir.
Ədliyyə Nazirliyindən bildirilib ki, son beş ildə doğulan uşaqlardan 480-nə Nizami, 88-nə Füzuli, 74-nə Nəsimi, 47-nə isə Məhsəti adı verilib.
Bu sırada Cavid (1434), Vaqif (1042), Mikayıl (764), Müşfiq (53), Xaqani (218), Almas (16), Şəhriyar (255), Fətəli (25), Şəms (511), Sabir (618), Əhməd (961) və s. adlar dayer alıb.
Bundan başqa, körpələrə qeyd olunan adlardan törəyən müxtəlif adlar da verilib.Belə ki, siyahıda Nizamir, Müşfiqə, Cavidxan, Cavidə, Vaqifcan, Vaqif Raul Lukas, Vaqif Mete, Arazxan, Şəmsi, Şəmsiyyə, Şəmsiyə, Şəmsurə, Sabirə, Əhmədağa, Əhmədli, Əhmədov, Əhmədiyə və s. adlar da var.