Azərbaycanda "Omikron"a yoluxmalarda artımlar görürük.
AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu ÜST-ün Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı deyib.
O bildirib ki, müşahidələr peyvəndləmələrlə əlaqədar olaraq ölüm hallarının azalması yönündədir.
"Azərbaycan əhalinin 47 faizini hər iki doza üzrə peyvəndləyərək, ÜST-ün 40 faiz hədəfini aşıb. Hamilə qadınların, xüsusi risk qrupunda olanların vaksinasiyadan keçmələri çox önəmlidir".