Sumqayıtda 65 yaşlı qadın qətlə yetirilib.
Hadisə Sumqyıtın 9-cu mikrorayon ərazisində baş verib.
Səhər saatlarında 65 yaşlı Qəşəngül Qəhrəmanovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 41 yaşlı Mübariz Qəhrəmanovun aralarında yaranmış mübahisə zamanı anası Qəşəngül Qəhrəmanovaya kəsici-deşici alətlə xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Mübariz Qəhrəmanov saxlanılaraq istintaqa təhvil verilib.
Məlumata görə, qətlə yetirilən Qəşəngül Qəhrəmanovanın 3 övladı var. Qadın qızı ilə birgə yaşayırmış. Qəşəngül Qəhrəmanovanın oğlu bacısıgilə gedib və qapını anası açıb. Hadisə də orada baş verib.
Faktla bağlı cinayət işi başlanıb, ibtidai istintaq davam edir.









































