Fəaliyyətini dayandırmış "Karvan” və "Xəzər Lənkəran”ın sabiq oyunçusu Yakuba Bamba Futbolun İnkişaf Fondunun (FİF) "Turan Tovuz”la bağlı başlatdığı "Turan 100K” layihəsi üçün ianə edib.
Kot-d'İvuardan olan 46 yaşlı keçmiş hücumçu "Turan Tovuz”a avtobus alınması üçün 15 manat ödəyib. Klubun avtobusunun üzərində onun da fotosu yer alacaq.
Bamba bu addımını 2005/2006 mövsümündə Azərbaycanda ilk qolunu "Turan”a vurması ilə əlaqələndirib.
İanə edənlər arasında FİF-in icraçı direktoru Tural Piriyev də var. O, "Bölgə futboluna sahib çıxaq” şüarı ilə 60 manat köçürüb.
///Report