Sumqayıtda parklanma nəzarətçisini döyən qadın sürücü saxlanılıb.
Bunu AZXEBER.COM-un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib.
Onun sözlərinə görə, qadının şəxsiyyəti məlum olub:
"Sumqayıtda parklanma nəzarətçisini döyən qadın sürücünün şəxsiyyəti məlum olub. O, Sumqayıt Şəhər Polis İdarəsinə dəvət edilib. Həmin sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb”.