“Azərbaycanda pensiya və əməkhaqqı yenə artırılacaq” - İlham Əliyev

“Azərbaycanda pensiya və əməkhaqqı yenə artırılacaq” - İlham Əliyev
SOSİAL
14:28 18.04.2019
6515
"Ölkədə minumum əməkhaqqının və minumum pensiyanın təxminən 40 faiz qaldırılması önəmli addımdır. Ancaq onu da deməliyəm ki, bu artım böyük olsa da, bizi qane edə bilməz”

AZXEBER/COM xəbər verir ki, bunu prezident İlham Əliyev Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində əsaslı şəkildə yenidən qurulan Neftçilər parkı ilə tanış olarkən sakinlərlə söhbətində bildirib.

Prezident vurğulayıb ki, Azərbaycanda maaşlar və pensiyalar bundan sonra da qaldırılacaq: "Müvafiq göstərişlər verildi. İndi hökumətdə iş aparılır. Bizim indi maliyyə imkanlarımız artır. Ölkəmizdə aparılan ciddi iqtisadi islahatlar bizə əlavə gəlirlər gətirir. Bu ilin əvvəlindən kifayət qədər böyük bir rəqəm büdcəyə daxil oldu. Mənim göstərişimlə əlavə yığılan büdcə gəlirləri ilk növbədə, vətəndaşların sosial müdafiəsinə, o cümlədən maaşların, pensiyaların artırılmasına istiqamətləndirilməlidir. Baxmayaraq ki, biz mart ayında bu qərarı qəbul etdik. Aprelin əvvəlindən sosial müavinətlərin artımı qüvvəyə mindi. Burada da orta hesabla 2 dəfə sosial müavinətlər artırılıb. 600 minə yaxın insan bu proqramla əhatə olunub. Bu istiqamətdə işlər davam etdiriləcək.  Minumum əməkhaqqı, minumum pensiya Azərbaycanda bundan sonra da qaldırılacaq ki, vətəndaşlar daha da yaxşı yaşasınlar”.

Prezident həmçinin söhbətində problemli kreditlər ilə bağlı qəbul olunan fərmandan da danışıb. O, qeyd edib ki, Azərbaycanda bu məsələ elə səviyyədə həll olundu ki, bunun dünyada bənzəri yoxdur: "Bilirsiniz ki, bir çox ölkələrdə bu problem mövcuddur. Ölkələr və ölkə rəhbərləri çalışırdılar ki, bu problemi həll etsinlər. 

Bəzi hallarda qərarlar qəbul edildi, ancaq icra edilmədi. Bəzi hallarda hələ də müzakirələr gedir. Ancaq biz çox ciddi qərar qəbul etdik. Bu qərar maksimum vətəndaşların maraqlarını nəzərə alan qərar oldu. 800 minə yaxın insan bu fərmandan yararlanacaq”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı