Azərbaycanda pensiya ilə bağlı hansı yeniliklər gözlənilir? Deputatdan açıqlama

Azərbaycanda pensiya ilə bağlı hansı yeniliklər gözlənilir? Deputatdan açıqlama
SOSİAL
15:14 17.10.2025
143
Azərbaycanda əhalinin yaşlanması prosesi sürətlənir. 2024-cü ildə 65 yaşdan yuxarı insanların əhalidə payı 9,1 faiz olub.
 
Maliyyə Nazirliyinin hazırladığı "2026–2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi” sənədində bu göstəricinin 2050-ci ilə qədər 18,1 faizə yüksələcəyi proqnozlaşdırılır. 

Milli Məclisin deputatı Vüqar Bayramov AZXEBER.COM-a bildirib ki, hazırda pensiya yaşının artırılması müzakirə olunmur:

"Hazırda pensiya yaşının artırılması müzakirə olunmur və bununla bağlı heç bir layihə təqdim edilməyib. Lakin pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi əsas prioritetlərdəndir. Burada özəl pensiya fondlarının yaradılması, sığorta pensiya münasibətlərinin tənzimlənməsi də çox vacib istiqamətlər hesab olunur. Bu baxımdan, yeni qərarların qəbul olunması gözlənilir”.

Deputat deyib ki, strategiyada qeyd olunan məsələlər daha uzunmüddətli dövr üçün nəzərdə tutulub:

"Xüsusilə əhalinin yaşı və sığorta ödənişləri nəzərə alınmaqla qərarların verilməsi gözlənilir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və Maliyyə Nazirliyi mövcud fiskal imkanları və demoqrafik vəziyyəti nəzərə alaraq bu istiqamətdə fəaliyyətləri sistemləşdirməyə çalışır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR