Azərbaycanda peşə təhsili müəssisələrinə təqaüdlər yeni qaydada ödəniləcək

Azərbaycanda peşə təhsili müəssisələrinə təqaüdlər yeni qaydada ödəniləcək
SOSİAL
12:01 05.11.2021
244
Azərbaycanda 2021/2022-ci tədris ilindən peşə təhsili müəssisələrinə dövlət hesabına tələbə qəbulu sayının 1 880 nəfər artırılması nəzərdə tutulub.

AZXEBER.COM xəbər verir ki, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında qanun layihəsində əksini tapıb.

Bundan başqa, sənədə əsasən, həmin müəssisələrdə təqaüdlərin tələbələrin müvəffəqiyyət göstəricilərindən asılı olaraq yeni qaydada ödənilməsi planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR