Azərbaycanda polis mayoru faciəvi şəkildə öldü - FOTO

Azərbaycanda polis mayoru faciəvi şəkildə öldü - FOTO
SOSİAL
23:37 07.12.2018
10346
Azərbaycanda polis mayoru yol qəzası nəticəsində dünyasını dəyişib.

Hadisə bu gün 01:30 radələrində Kürdəmir rayonunda baş verib.

Belə ki, rayonun Sığırlı kəndi ərazisində Əli Qaybalıyev idarə etdiyi "VAZ-21074” markalı avtomobili yolun kənarında dayanmış Lənkəran rayon sakini Səfail Quliyevə məxsus "QAZel” markalı avtomobilə vurub.

Nəticədə, "VAZ-21074” markalı avtomobilin sürücüsü Ə.Qaybalıyev hadisə yerində ölüb.

Qeyd edək ki, polis mayoru Ə.Qaybalıyev Ağsu Rayon Polis Şöbəsinin sahə rəisidir.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır
 
///A24.az
 

 


OXŞAR XƏBƏRLƏR