Babək Rayon Polis Şöbəsinin rəisi işdən azad olunub. APA-nın Naxçıvan bürosu xəbər verir ki, polis mayoru Elgün Əliyev işdən çıxarılıb. Onun vəzifəsinin icrası polis polkovnik-leytenantı Kənan Məmmədova həvalə edilib.