Azərbaycanda prezidentliyə namizədlikləri təsdiq olunanların sayı 21-ə çatdı

SİYASƏT
14:34 31.08.2013
1283

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında öz təşəbbüsü ilə namizədlikləri irəli sürülmüşRauf Quliyevin, Hidayət Rüstəmbəylinin və Azərbaycan Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüşSərdar Cəlaloğlunun prezidentliyə namizədliyi təsdiq edilib. Trend-in məlumatına görə, MSK sədriMəzahir Pənahovun sədrliyi ilə komissiyanın şənbə günü keçirilən iclasında hər üç namizədin səlahiyyətli nümayəndələri qeydə alınıblar. Eyni zamanda "Demokratik Qüvvələrin Milli Şurası" seçicilərin təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənlinin 20 nəfər səlahiyyətli nümayəndələri qeydə alınıb. Qeyd edək ki, indiyə qədər hələ ki Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb. 20 nəfərin isə prezidentliyə namizədliyi təsdiq edilib. Xatırladaq ki, Azərbaycan Respublikasının prezidentliyinə namizədlərin irəli sürülməsi prosesinə start verilib. Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlərin irəli sürülməsini aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları həyata keçirə bilərlər. MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.

OXŞAR XƏBƏRLƏR