Azərbaycanda qaçırılan 10-cu sinif şagirdi nəzarətə götürüldü

Azərbaycanda qaçırılan 10-cu sinif şagirdi nəzarətə götürüldü
SOSİAL
12:25 22.12.2021
503
"Ağdamda yeniyetmə qızın qaçırılması ilə bağlı məlumat daxil olan kimi Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi hadisəni araşdırıb”.

Bu barədə AZXEBER.COM-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib. 

Qeyd edilib ki, Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin psixoloqları ailəyə baş çəkəcək:

"Qız artıq ailəyə qaytarılıb. Mərkəzin psixoloqları qızla söhbət edəcək, psixoloji dəstək göstəriləcək”.
OXŞAR XƏBƏRLƏR