Azərbaycanda qaçırılan 14 yaşlı qızla bağlı cinayət işi açıldı - VİDEO

Azərbaycanda qaçırılan 14 yaşlı qızla bağlı cinayət işi açıldı - VİDEO
SOSİAL
11:44 10.10.2022
231

Beyləqan rayonu Qaralılar kəndindən qaçırılan 14 yaşlı məktəbli qızla bağlı cinayət işi açılıb.

Bu barədə AZXEBER.COM-a DİN-in mətbuat xidmətindən bildirilib.

Bildirilib ki, faktla əlaqədar Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə (Adam oğurluğu - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) cinayət işi başlanılıb.

Qeyd edək ki, 2 gün öncə - 8 oktyabr tarixində rayon polis şöbəsi əməkdaşların həyata keçirdiyi müvafiq tədbirlərlə şərti adı A.A olan qızın qaçırıldığı istiqamət müəyyən olunaraq avtomobil saxlanılıb.

OXŞAR XƏBƏRLƏR