Azərbaycanda qadın alt paltarında həbsxanaya narkotik keçirmək istədi - FOTO

KRİMİNAL
12:02 22.10.2014
2458
O, narkotiki xüsusi üsulla gizlədib.
2 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirmək cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Orxan Ağasəf oğlu Səfərəliyevin yanına qısamüddətli görüşə gəlmiş qohumu, Balakən rayonu, Qullar kəndində yaşayan vətəndaş Tamara Kamil qızı Əzizovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib.
Xanımın üzərinə və əşyalarına baxış keçirilən zaman, onun alt paltarında xüsusi üsulla gizlədilmiş sellofan paketlərdə 100 ədəd dərman həbi – metodon, 3,882 qram narkotik maddə - heroin və 4,480 qram narkotik maddə - həşiş qətranı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Qeyd edək ki, Orxan Ağasəf oğlu Səfərəliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1.2 maddəsinə əsasən azadlıqdan məhrum edilib.

OXŞAR XƏBƏRLƏR