Azərbaycanda qadın əməliyyatdan 1 saat sonra öldü

SOSİAL
10:37 17.08.2019
7437
Gəncə şəhərində qadın əməliyyatdan sonra ölüb. 

AZXEBER.COM-un "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, Goranboy rayon sakini, 1981-ci il təvəllüdlü Samirə Əliyeva Gəncə şəhər Abbas Səhhət adına xəstəxananın Cərrahiyyə şöbəsində düz bağırsağın uşaqlıq yoluna sallanması (rektosle) diaqnozu ilə əməliyyat olunub. 

S. Əliyeva əməliyyatdan 1 saat sonra xəstəxanada ölüb. Faktla bağlı cinayət işi başlanılıb və istintaq hərəkətləri davam etdirilir. 

OXŞAR XƏBƏRLƏR