Doqquz aylıq uşağının ölümünü əngəlləyən qadın döyülüb.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib.
Birlik sədrinin sözlərinə görə, qadın öz həyat yoldaşının doqquz aylıq uşağını öldürmək istəyərkən onu əngəlləyib. Bu zaman isə əri tərəfindən ölümcül döyülüb:
"Qadın körpəsini qoruduğu üçünəri onu döyüb. Sosial şəbəkədən məni tapıb.Dərhal hadisə baş verən ərazi üzrə polis bölməsinə yönləndirdim. Təhqiqat başladılıb. Amma kim qarant verə bilər ki, həmin qadınevə döndüyündə öldürülməyəcək? Yoldaşı narkotik istifadəçisidir.
Sübuta yetirməyə zaman lazımdır... Zaman isə nə qadının, nə də körpənin xeyrinə çalışmaya da bilər. Evə dönə bilməz, qardaşı da öldürəcəyini bildirib”.