Azərbaycanda qadın qonşusunu döşündən bıçaqladı

Azərbaycanda qadın qonşusunu döşündən bıçaqladı
SOSİAL
15:53 08.05.2018
3165
Sabirabad rayonunda qadın kişini bıçaqlayıb. 

"Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Qaragüney kəndi ərazisində baş verib. 

Belə ki, həmin kəndin sakini, 1978-ci il təvəllüdlü Ayaz Əsgər oğlu Sərxanov sol döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya ilk tibbi yardım göstərildikdən sonra o, Cərrahiyyə şöbəsinə yerləşdirilib. 
 

A.Sərxanov qonşu qadın tərəfindən bıçaqlandığını bildirib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR