Azərbaycanda qanlı cinayətin təfərrüatı - 3 dost kafedə yeyib-içdi, maşında...

Azərbaycanda qanlı cinayətin təfərrüatı - 3 dost kafedə yeyib-içdi, maşında...
SOSİAL
17:39 27.11.2018
5820
Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib.

Rayonun Qarasu kənd sakini 1983-cü il təvəllüdlü Abışov Şərbət Rəşid oğlu bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Onun qarın nahiyəsindən ağır xəsarət aldığı məlum olub. Ş.Abışov polisə bildirib ki, yıxılıb və qarnına dəmir parçası batdığı üçün xəsarət alıb. Lakin qısa müddət sonra onun yalan məlumat verdiyi üzə çıxıb. Bəlli olub ki, Ş.Abışovu kəndlərarası yolda 1969-cu il təvəllüdlü İbrahimov Rafiq Sahib oğlu bıçaqlayıb.

Belə ki, aparılan araşdırmalar zamanı məlum olub ki, Şərbət Abışov, Rafiq İbrahimov və onların başqa bir dostu dünən kafedə yeyib içiblər. Daha sonra onlar Ş.Abışovun maşını ilə kəndə qayıdıblar. Yolda dostlar arasında mübahisə yaşanıb və sürücü maşını saxlayaraq 49 yaşlı Rafiqin düşməsini tələb edib. Daha sonra onlar arasındakı dava daha da qızışıb və R.İbrahimov bıçaqla Şərbətə hücum çəkərək ona zərbə endirib.

Bildirilir ki, hadisə vaxtı hər iki şəxs içkili olub. Lakin xəstəxanaya çatdırılan Ş.Abışov dostu və qonşusu olan Rafiqdən şikayət etməyib və yıxıldığını deyib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
 
///Publika.az
OXŞAR XƏBƏRLƏR