Azərbaycanda qarın hündürlüyü 22 santimetrə çatdəı - 18 dərəcə şaxta var

Azərbaycanda qarın hündürlüyü 22 santimetrə çatdəı - 18 dərəcə şaxta var
SOSİAL
11:31 23.11.2019
18241
Şimal bölgəsində ən çox qar Xızının Altıağac qəsəbəsinə yağıb. Burada qarın hündürlüyü 22 santimetr, temperatur isə mənfi 6 dərəcə olub.

AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, noyabrın 23-də Quba, Qusar və Xızı rayonlarına qar yağmaqda davam edib.

Qubanın Qırız kəndində 16, Xınalıqda 12, Təngəaltında 18, rayon mərkəzində isə 7 santimetr qar müşahidə olunub.

Qubada Xınalıq kəndində ən aşağı temperatur - mənfi 18 dərəcə qeydə alınıb.

Qusarın Ləzə kəndində qarın hündürlüyü 16 santimetrə çatıb, temperatur isə mənfi 15 dərəcəyədək aşağı düşüb.
OXŞAR XƏBƏRLƏR