Azərbaycanda qarlı hava neçə gün davam edəcək? - AÇIQLAMA

Azərbaycanda qarlı hava neçə gün davam edəcək? - AÇIQLAMA
SOSİAL
12:44 17.02.2021
10240
İlkin məlumatlara əsasən, ölkə ərazisində qarlı hava şəfraitinin fevralın 19-u gündüz saatlarınadək davam edəcəyi gözlənilir. Fevralın 19-dan gündüz saatlarından yağıntılar tədricən kəsiləcək.

AZXEBER.COM xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

G.Məmmədova qeyd edib ki, fevralın 17 və 18-də Bakıda və bölgələrdə hava şəraitinin dəyişiləcəyi, qar yağacağı, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların güclü və intensiv olacağı gözlənilir. Rayonlarda yolların buz bağlayacağı gözlənilir.

Onun sözlərinə görə, artıq qonşu ölkələrdə hava şəraitinin dəyişməsi müşahidə edilir, bəzi ərazilərdə qar yağır:

"Belə hava şəraitinin bu gün paytaxtda da müşahidə edilməsi gözlənilir. Artıq dağlıq rayonlarda qar yağması müşahidə edilir. Şahdağda artıq qarın hündürlüyü 4 sm-ə çatıb. Paytaxtda da bu gün hava arabir yağıntılı olacaq. Bəzi yerlərdə sulu qar yağacaq, axşama doğru isə qara keçəcək".

G.Məmmədova deyib ki, bu gün paytaxtda güclü şimal-qərb küləyi əsəcək. Küləyin maksimal sürəti 15-20, arabir 23-25, axşama doğru isə yarımadanın bəzi yerlərində 28-30 metr/saniyədək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə artıq 5-10 dərəcə aşağı enib. Günorta saatlarında temperaturun 1-3 dərəcədən yüksək olacağı gözlənilmir.

Direktor əlavə edib ki, sabah da bölgələrdə, eləcə də Bakıda qarlı hava şəraiti davam edəcək. Sabah Bakıda fasilələrlə sulu qar və qar yağacaq. Güclü şimal-qərb küləyi gecə və səhər saatlarında müşahidə olunacaq. Günortadan sonra küləyin tədricən mülayimləşəcəyi proqnozlaşdırılır. Fevralın 19-da gün ərzində Bakıda, eləcə də bölgələrdə hava şəraitində sabitlik yaranacaq, hava əsasən yağmursuz keçəcək. mülayim cənub küləyi əsəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ombudsman Səbinə Əliyeva Rusiya ombudsmanına rəsmi məktub ünvanlayıb
19:15 28.06.2025
Ombudsman Səbinə Əliyeva Rusiya ombudsmanına rəsmi məktub ünvanlayıb
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
18:53 28.06.2025
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
18:41 28.06.2025
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
18:36 28.06.2025
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
17:49 28.06.2025
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
17:35 28.06.2025
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
17:21 28.06.2025
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
17:05 28.06.2025
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
16:49 28.06.2025
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
Cümşüd evin tək övladı imiş… - VİDEO
16:44 28.06.2025
Cümşüd evin tək övladı imiş… - VİDEO
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
16:23 28.06.2025
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
16:21 28.06.2025
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
16:16 28.06.2025
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
15:57 28.06.2025
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
15:45 28.06.2025
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Kürdəmirdə ətrafı zibilləyən 4 nəfər məsuliyyətə cəlb olundu
15:28 28.06.2025
Kürdəmirdə ətrafı zibilləyən 4 nəfər məsuliyyətə cəlb olundu