Azərbaycanda qarlı hava şəraiti davam edəcək

MARAQLI
00:42 25.01.2012
1461

Bakıda və Abşeron yarımadasındahavanın gün ərzində bəzi yerlərdə az yağıntılı olacağı, axşama doğru qar yağacağı gözlənilir. Temperaturun gecə 0°-yə yaxın, gündüz 1-5° isti olacağı gözlənilir. Bakıda gecə 0°-yə yaxın, gündüz 2-4° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 768 millimetr civə sütunundan 765 millimetr civə sütununa enəcək, nisbi rütubət 85-95 faiz olacaq. Naxçıvan Muxtar Respublikasındaarabir zəif qar yağacağı, duman olacağı gözlənilir. Temperatur gecə 5-10° şaxta, gündüz 1-6° isti olacaq. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarındabəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarındahava əsasən yağmursuz keçəcək. Günün ikinci yarısından başlayaraq az yağıntılı olacağı, axşama doğru qar yağacağı gözlənilir. Temperatur gecə 1-6° şaxta, gündüz 0-5° isti olacaq. Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarındabəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə gecə 3-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 8-13° şaxta, gündüz 2-7° şaxta təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 15-20° şaxta olacağı gözlənilir. Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarındahavanın əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Temperatur gecə 0-4° şaxta, gündüz 1-6° isti olacaq. Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarındahavanın bəzi yerlərdə az yağıntılı olacağı, axşama doğru qar yağacağı gözlənilir. Dağlarda duman olacaq. Temperaturun gecə 0-2° isti, gündüz 2-6° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 1° şaxtadan 2°-dək isti olacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR