Azərbaycanda qayınata kürəkənini bıçaqladı

Azərbaycanda qayınata kürəkənini bıçaqladı
SOSİAL
00:38 26.09.2016
1275
Tovuzda qayınata kürəkənini bıçaqlayıb.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə rayonun Qovlar şəhər sakini, 1983-cü il təvəllüdlü Ruslan İsmayılov bel nahiyəsinin bıçaq xəsarəti ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib.
 
Vəziyyətinin normal olduğu bildirilir.
 
Məlumata görə R. İsmayılov mübahisə zəminində qayınatası Vitalik Cəfərov tərəfindən bıçaqlanıb. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR