Azərbaycanda qəbiristanlıqdan oğurluq olub

Azərbaycanda qəbiristanlıqdan oğurluq olub
SOSİAL
10:45 11.01.2023
128
Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən qəbirstanlıqda məzarların birindən 1500 manat dəyərində dəmir barmaqlığın oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən qəsəbə sakinləri Emin Qurbanov, əvvəllər məhkum olunmuşlar - Nadir Namazov və Kamran Quliyev müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR