Azərbaycanda qəribə hadisə: Şəhid kimi "dəfn edilən" özünün 40 mərasiminə gəlib - Video

SOSİAL
15:22 14.01.2020
6489
İsmayıllı rayonunda maraqlı hadisə yaşanıb.

Xəzər TV-yə istinadla xəbər verir ki, 1992-ci ildə Qarabağ döyüşlərində iştirak edən Şəbyan kənd sakini, 48 yaşlı Zöhrab Həmzəyevin şəhid olması xəbəri gəlib.

Meyit tanınmaz halda olduğundan onu həmin şəxsin meyiti kimi qəbul edib və dəfnini həyata keçiriblər. Ancaq üzərindən 40 gün keçdikdən sonra Zöhrab Həmzəyev özü kəndə qayıdıb və işin üstü açılıb.

Zöhrab Həmzəyev 1992-ci ildə Qarabağda gedən döyüşlərində iştirak edib. O, döyüşdə olan vaxt kənddə valideynlərinə xəbər gəlib ki, Zöhrab şəhid olub. Kəndə gətirilən bir meyit Zöhrabın meyiti kimi qəbul olunub və şəhid kimi rayonda şəhidlər məzarlığında dəfn edilib. Zöhrabın özünün də bundan rayona qayıdanda xəbəri olub.

O, qardaşı ilə birgə kəndə qayıdıb. Bu vaxt ailəsi onun 40 mərasiminə hazırlaşırmış. Onu görən ailə üzvləri və kənd sakinləri şoka düşüblər.

Kənd sakinləri deyirlər ki, meyit gələndə tanınmaz vəziyyətdə olub. Üz nahiyəsindən Zöhraba oxşadığından elə də qəbul olunub.

Sonradan həmin məzarın başdaşından Zöhrabın adı götürülüb. Dəfn olunanın kimliyi bilinmədiyindən üzərinə "Naməlum əsgər" yazılıb. (ölkə.az)
 

OXŞAR XƏBƏRLƏR