Azərbaycanda qeyri-adi toyun səbəbkarları danışdı - VIDEO

Azərbaycanda qeyri-adi toyun səbəbkarları danışdı -  VIDEO
Bütün Xəbərlər
11:34 15.04.2014
1221
“Yoldaşıma xidmət etməkdən zövq alıram və əsla yorulmuram”.
Bir neçə gün əvvəl Əli və Aynurənin toy mərasimi mətbuatda yayımlandı.
AZXEBER.COM Faktxəbər.com-a istinadla xəbər verir ki, bu cütlüyün evliliyi bir çox insanları heyrətləndirdi.
Binəqədi kəndində kirayədə yaşayan Əli Qasımov gülərüzlə bizi qarşıladı. 42 yaşlı Əli 1-ci qrup əlili olmasına baxmayaraq, 25 yaşından namaz qılır. Nitqi qüsurludur, Quran oxuya bilir, hətta indiyənə kimi 28 nəfərə Quran dərsi də keçib.
Əli bildirdi ki, 6 aylıq olarkən qıcolma keçirib. Həkimin qıcolma zamanı vurduğu iynədən bu günədək əlil arabasında gəzir. O halından şikayətçi deyil, ancaq ayağa qalxması üçün ümidi var. Əli deyir ki, xarici ölkələrin birində müayinə olunub və onun ayağa qalxmasına 80 faiz təminat verilib. Bunun üçünsə 70 min avro lazımdır.
Həyat yoldaşı Aynurə Qasımova onunla ailə qurduğuna görə xoşbəxtdir. Aynurə bu addımını böyük hünər saymır:
“Əli böyük ürək sahibidir. Yoldaşıma xidmət etməkdən zövq alıram və əsla yorulmuram. Əliyə hər dəfə yardım edəndə haqqımı halal etməyimi istəyir. Onun gülərüz olması mənə kifayət edir.”
Dostu Sadiq Əliyev Əlinin çox sadiq yoldaş olduğunu deyir:
“Hər kəsə dost demək olmur. O, çox sadiq dostdur. Pis günümüzdə də, yaxşı günümüzdə də yanımızda olub. Əlinin duaları bizə yardımçı olur.”
Əli kirayə qalır və hazırda dostlarının dəstəyi ilə ev tikdirir. Xahişi budur ki, ona maddi kömək etsinlər. 1-ci qrup əlil olan Əli Qasımov 65 manat pensiya alır. Ünvanlı sosial yardım almayan Əli həyata nikbin baxır.
OXŞAR XƏBƏRLƏR