"Azərbaycanda QHT-lər dövlətin əsas tərəfdaşıdır”

"Azərbaycanda QHT-lər dövlətin əsas tərəfdaşıdır”
GƏNCLİK
17:58 19.09.2019
5540
Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi İnsani Dəyərlərin Tətbiqi üzrə İllik Toplantısı öz işini davam etdirir.
 
AZXEBER.COM-un verdiyi məlumata görə, tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edirlər.

Növbəti müzakirələr "Fundamental azadlıqlar: Dinc toplaşmaq və birləşmək azadlığı” mövzusunda baş tutub. Müzakirələrdə çıxış edən "İslahatçı Gənclər” İctimai Birliyinin(İGİB) sədri Fərid Şahbazlı deyib ki, müzakirə olunan mövzu həqiqətən də çox önəmli və daima aktualdır. O qeyd edib ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti üçün geniş imkanlar yaradılıb. Bir sıra mühüm layihələrdə QHT-lər dövlətin əsas tərəfdaşıdır. Mövcud qanunvericilik QHT-lərin fəaliyyətinə heç bir məhdudiyyət tətbiq etmir. Əksinə "İctimai iştirakçılıq” haqqında qanuna əsasən QHT-lər və vətəndaşlar ölkəmizdə ümümdövlət və yerli səviyyədə qərarların qəbulunda iştirak edirlər. Eyni zamanda onlar dövlət qurumları üzərində ictimai nəzarət funskiyasını həyata keçirirlər. Əvvəllər QHT fəaliyyəti adı altında bir sıra qanunsuz işlərlə məşğul olanlar indi bunu edə bilmədikləri üçün narazıdırlar”.

Fərid Şahbazlı daha sonra Azərbaycanda sərbəst toplaşmaq azadlığının təmin olunduğunu, bu sahədə hər hansı problem yaşanmadığını bildirib: "Azərbaycanda hər zaman müxalifətin mitinqlərin keçirilməsi ilə bağlı müraciətlərinə müsbət cavab verilib. Sadəcə son aksiyada təşkilatçılar ciddi qanun pozuntularına və sadə vətəndaşları narahat edən davranışlara yol verdikləri üçün aksiyalara müvəqqəti fasilə verilib.
Qeyd etmək istəyirəm ki, mitinqlər üçün ayrılan yerlər şəhərin mərkəzindən 2-3 km aralıqda yerləşməklə, tamamilə əlverişlidir. Sadəcə Azərbaycanda xalqın adından danışan siyasi qüvvələrin aksiyalarına vətəndaşlar qatılmadığı üçün onlar mərkəzi küçələrdə insanların rahatlığını pozan qanunsuz aksiyalar keçirmək istəyirlər”.

Fərid Şahbazlı toplantı iştirakçılarını Azərbaycanla bağlı çıxış edərkən, obyektiv məlumatlara istinad etməyə çağırıb.

Qeyd edək ki, "İslahatçı Gənclər” İctimai Birliyinin İllik Toplantıda iştirakına Gənclər və İdman Nazirliyi dəstək verib
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
14:41 04.07.2025
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
14:30 04.07.2025
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
14:26 04.07.2025
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
14:18 04.07.2025
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
14:05 04.07.2025
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
14:00 04.07.2025
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
13:56 04.07.2025
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
“Ermənistan və havadarları nəticədə peşman olublar”
13:52 04.07.2025
“Ermənistan və havadarları nəticədə peşman olublar”
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
13:50 04.07.2025
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
13:46 04.07.2025
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
13:43 04.07.2025
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
13:35 04.07.2025
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM
13:30 04.07.2025
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM
Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb
13:25 04.07.2025
Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb
"Hade"dən etiraf: "Azan səsindən çox duyğulandım"
13:24 04.07.2025
"Hade"dən etiraf: "Azan səsindən çox duyğulandım"
Prokuror İmamoğluna 8 il 9 ay cəza istədi
13:18 04.07.2025
Prokuror İmamoğluna 8 il 9 ay cəza istədi