Azərbaycanda QİÇS-ə yoluxanların sayı açıqlandı - Dəqiq rəmələr

Azərbaycanda QİÇS-ə yoluxanların sayı açıqlandı -  Dəqiq rəmələr
SAĞLAMLIQ
12:27 05.11.2013
3276

Bu ilin doqquz ayı (yanvar-sentyabr) ərzində ölkə üzrə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə sahəsində həyata keçirilmiş tədbirlərin vəziyyəti İşçi Qrupunda ümumiləşdirilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət KomissiyasındanAPA-ya verilən məlumata görə, Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunmuş 4171 nəfər rəsmi qeydiyyata götürülüb.

Onlardan 4027 nəfəri (96,7%) Azərbaycan vətəndaşı, 144 nəfəri (3,3%) isə əcnəbidir.İİV-ə yoluxanların 3263-ü (78,2%) kişi, 908-i (21,8%) qadındır.İİV-ə yoluxması təsdiq olunmuş 4171 nəfərdən 2367-də (56,7%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Onlardan 1728 nəfəri (73,4%) dispanser qeydiyyatındadır.

OXŞAR XƏBƏRLƏR