Azərbaycanda qış turizmi mövsümünə start verilib - FOTOLAR

Azərbaycanda qış turizmi mövsümünə start verilib - FOTOLAR
SOSİAL
16:19 19.12.2022
280
18-19 dekabrda Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda qış turizmi mövsümünün açılışı və turizm imkanlarının tanıdılması məqsədilə kütləvi informasiya vasitələri nümayəndələri üçün "Şahdağ” Turizm Mərkəzinə iki günlük mediatur təşkil edilib.

Mediaturun məqsədi Azərbaycanda qış turizmi növlərinin və məhsullarının təşviqi, insanların turizmin bu sahəsinə marağının artırılması, həmçinin "Şahdağ” Turizm Mərkəzinin fəaliyyəti, qış mövsümü ərzində turistlərə göstəriləcək xidmətlər haqqında ictimaiyyəti məlumatlandırmaqdır. 

Mediatur çərçivəsində media nümayəndələrinə Azərbaycanda qış turizminin imkanları, Dövlət Turizm Agentliyinin bu sahədə gördüyü işlər, eləcə də "Şahdağ"Turizm Mərkəzinin  fəaliyyəti və potensialı ilə bağlı təqdimat keçirilib.

Təqdimatda çıxış edən Azərbaycan Turizm Bürosunun Turizm məhsulu sektorunun müdiri Günel Bədəlova media nümayəndələrinə Azərbaycanda fəaliyyət göstərən qış turizm mərkəzləri üzrə statistik göstəricilər, xizəkçilik imkanları, qış turizm kompleklərində mövcud qış əyləncələri və digər turizm məhsulları haqqında məlumat verərək, 2023-cü il üçün görüləcək işlər və planlar barədə danışıb.

"Şahdağ” Turizm Mərkəzinin ölkənin qış turizminin inkişafında əhəmiyyətli rol oynadığını deyən Mərkəz direktoru Rüstəm Nəcəfov media nümayəndələrinə kompleksdə aparılan yenidənqurma və infrastruktur işləri, Mərkəz ərazisində yerləşən hotellər və digər turizm obyektlərinin fəaliyyəti, qonaqlara təklif olunan əyləncə növləri və gələcək planlar haqqında ətraflı məlumat verib.

Tədbirdə media nümayəndələrinin maraq doğuran sualları cavablandırılıb.

KİV nümayəndələri mediatur zamanı 4 ulduzlu "Shahdag Hotel & Spa”, 3 ulduzlu "Zirve” hotelləri və "Gaya” ailəvi apartament tipli mehmanxana ilə tanış olublar.

Onlara, həmçinin turizm mərkəzində qonaqlara təklif olunan müxtəlif əyləncələr nümayiş etdirilib.

Bundan əlavə, KİV nümayəndələri xizək vasitələri, kanat yolları, atraksionlar və qış əyləncələrindən istifadə ediblər.
 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəqsanənin əri də həbs edilə bilər? - Vəkildən açıqlama
14:25 21.08.2025
Rəqsanənin əri də həbs edilə bilər? - Vəkildən açıqlama
Tarixdə bu gün - 21 avqust nə günüdür?
14:22 21.08.2025
Tarixdə bu gün - 21 avqust nə günüdür?
DİM: Universitetlərə yerləşdirmənin nəticələri gələn həftə elan olunacaq
14:20 21.08.2025
DİM: Universitetlərə yerləşdirmənin nəticələri gələn həftə elan olunacaq
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
13:51 21.08.2025
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
13:50 21.08.2025
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
Avqust pensiyaları tam ödənildi
13:36 21.08.2025
Avqust pensiyaları tam ödənildi
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
13:07 21.08.2025
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
13:06 21.08.2025
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
13:03 21.08.2025
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
13:00 21.08.2025
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
12:59 21.08.2025
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
12:51 21.08.2025
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
12:28 21.08.2025
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
12:23 21.08.2025
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
12:22 21.08.2025
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
12:20 21.08.2025
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA