Azərbaycanda qısqanc ər arvadının başını kəsdi - TƏFƏRRÜAT

Azərbaycanda qısqanc ər arvadının başını kəsdi - TƏFƏRRÜAT
SOSİAL
11:15 03.05.2017
5865

 

Dünən axşam saatlarında Mingəçevir şəhərinin Xətai prospekti 16 ünvanında baş vermiş dəhşətli qətlin bəzi detalları məlum olub.

 

Həmin ünvanda anası və ailəsi ilə yaşayan Kənan Əzizovun həyat yoldaşı Günel Əzizovanı qısqanclıq zəminində qətlə yetirdiyi üzə çıxıb. Araşdırmalar zamanı məlum olub ki, K.Əzizov bir müddət imiş ki, xanımını evdən kənara çıxmağa qoymurmuş və onların arasında qısqanclıq səbəbindən münasibətlər tamamilə pozulubmuş. Dünən anasının evdə olmamasından istifadə edən K.Əzizov uşaqları həyətə oynamağa göndərib və daha sonra bıçaqla Günelin başını kəsərək öldürüb.

 

Artıq K.Əzizov tutulub. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

///Lent.az
OXŞAR XƏBƏRLƏR