Azərbaycanda Qiymətləndirmə Palatasının təsis yığıncağı keçirildi

SOSİAL
16:38 16.12.2024
144

Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunmuş imtahanda müvəffəqiyyət qazanan 106 qiymətləndiricinin iştirakı ilə Qiymətləndiricilər Palatasının təsis yığıncağı keçirilib.

AZXEBER.COM xəbər verir ki, yığıncaqda gizli səsvermə yolu ilə keçirilən seçkilərdə Palatanın sədri, sədr müavinləri, nəfərdən ibarət Rəyasət Heyəti,5nəfərdən ibarət İntizam Komissiyası və komissiyanın sədri seçilib.

Əmlak məsələləri üzrə tanınmış ekspert Nüsrət İbrahimov Palatanın sədri, Ayan Qəmbərova və Günay İsmayılqızı sədr müavinləri, Nahid Həsənov isə İntizam komissiyasının sədri seçiliblər.

Həmçinin dekabrın 21-də Palatanın Nizamnaməsinin və "Qiymətləndirmə fəaliyyəti haqqında” qanunla müəyyən olunmuş digər işçi sənədlərinin qəbul olunması ilə bağlı Ümumi Yığıncağının keçirilməsi planlaşdırılıb. Konfransda qiymətləndirmə sahəsinin inkişafı, qarşıda duran vəzifələr və onların icrası istiqamətində ətraflı müzakirələr aparılacaq.

 

OXŞAR XƏBƏRLƏR