Ölkədə qızılca və suçiçəyi ilə bağlı epidemioloji vəziyyət stabildir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, təhsil müəssisələrində yay tətili səbəbindən məktəblilər arasında təmas azaldığından xəstəliklərin yayılma riski aşağıdır, hava-damcı infeksiyalarında azalma müşahidə edilir.
"Hazırda ölkədə qızılcaya qarşı həm planlı şəkildə, həm də vaxtında peyvənd olunmamış uşaqlar və böyüklər arasında müalicə-profilaktika müəssisələri tərəfindən vaksinasiya tədbirləri davam etdirilir", - deyə məlumatda qeyd edilib.