Azərbaycanda qoyun sürüsünün altında qalaraq ölən şəxs müğənni imiş

Azərbaycanda qoyun sürüsünün altında qalaraq ölən şəxs müğənni imiş
SOSİAL
16:58 18.05.2020
1813
Göyçayda qoyun sürüsünün altında qalaraq ölən Səməndər Məmmədov müğənni olub.

S.Məmmədov uzun müddət Göyçayda müğənniliklə məşğul olub.

Qeyd edək ki, hadisə rayonun Şəhadət kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1938-ci il təvəllüdlü S.Məmmədov qoyun sürüsünün altında qalaraq yıxılıb və xəsarət alıb. Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılan 82 yaşlı şəxs orada vəfat edib.
 
///Report
OXŞAR XƏBƏRLƏR