Azərbaycanda rayon adları soyad kimi götürülür: lider hansı rayondur?

SOSİAL
20:21 30.04.2019
10596
"Aprel ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyasına soyadların dəyişdirilməsi ilə bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən 45 müraciət daxil olub”.
 
AZXEBER.COM xəbər verir ki, bunu "Report”a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.

O bildirib ki, müraciətlərdə qeyd olunan soyadlarda daha çox coğrafi adlara və toponimlərə üstünlük verildiyi müşahidə edilib. Onun sözlərinə görə, ən çox müraciət olunan toponim soyadlar Qazax rayonu ilə bağlı olub: "Ümumiyyətlə, Azərbaycanda son aylar yer adları ilə bağlı soyad götürmək istəyənlərin sayı çoxalıb. Soyad götürmək istəyən Azərbaycan vətəndaşları daha çox coğrafi adlara və toponimlərə üstünlük veriblər. Bu soyadlarda ən çox Qazax rayonu üstünlük dəşkil edir. Növbəti yerlərdə Şuşa və Laçın rayonlarının adlarını özlərinə soyad götürmək istəyənlərin müraciəti qeydə alınıb. Eyni zamanda "oğlu” və "qızı” sözlərindən istifadə etməklə soyad götürmək istəyənlərin də sayı artıb”.

Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində -ov və -yev soyad sonluqları, demək olar ki, qeydə alınmır: "Çünki 2010-cu ildən soyadlarda –ov və -yev sonluqlarının qeyd olunmamasına başlanılıb. Daha çox –lı, -li, -lu, -lü, -gil, -soy, oğlu və qızı formasından istifadə olunur”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:40 06.08.2020

Qoşulmama Hərəkatına üzv ölkələrin QHT-nin virtual əməkdaşlıq şəbəkəsi qurulacaq

22:23 06.08.2020

Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb

22:00 06.08.2020

“Kapitan Nağdəliyev” gəmisinin mexaniki: “Palmali” bir ilə yaxındır ki maaşımızı ödəmir

21:54 06.08.2020

Fransada silahlı şəxs bir neçə nəfəri girov götürüb

21:23 06.08.2020

Ermənistana məxsus daha bir PUA məhv edildi

20:35 06.08.2020

Ceyhun Bayramov Aİ rəsmisini Ermənistanın təxribatı barədə məlumatlandırıb

20:15 06.08.2020

Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait açıqlanıb

20:01 06.08.2020

Polislər Buzovnada və Dənizkənarı Milli Parkda üç nəfəri boğulmaqdan xilas etdilər - FOTO

19:41 06.08.2020

Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlanıb

19:14 06.08.2020

“Azərbaycanın diplomatik nümayəndəliklərinə hücum beynəlxalq məsuliyyət yaradır”

19:07 06.08.2020

Bakının bəzi küçə və prospektlərində tıxac var - FOTO

18:55 06.08.2020

Almaniya və Fransada rekord göstərici

18:37 06.08.2020

Daha bir kafenin sahibi və müştəriləri cərimələndi - FOTO

18:31 06.08.2020

Qurban Məmmədovun “konfederasiya” və “federasiya” ilə bağlı fikirlərinin arxasında hansı maraq dayanır?

18:19 06.08.2020

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə təlimləri davam edir

18:08 06.08.2020

Kiyevdə erməninin azərbaycanlı tələbələrə silahlı hücumunun görüntüləri ortaya çıxıb - VİDEO

X Mostbet