"Azərpoçt” MMC-nin Daşkəsən Poçt Filialı rəisi işindən uzaqlaşdırılıb. AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, Alıyev Qoşun İdris oğlu işində verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib. Hazırda bu vəzifəyə heç bir təyinat yoxdur.