Dünya şöhratli mügənni Rihannanın Bakıdakı konsertinin təşkilatçısı “Omnikomo Music Group” yerlimətbuatda çıxan böhtan xarakterli yazılardan narazıdırlar. Bu barədə şirkətdən “AZXEBER.COM”a verilən açıqlamada bildirilir.
“Omnikomo Music Group” nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Rihannaya 4 milyonluq görüş təklif etməsi haqqında yayılan informasiyaları təkzib edir: “Biz, dünya şöhrətli müğənni Rihannanın Bakı səfərinin detalları barədə uydurma xəbərlər yazan Azərbaycanın bəzi “sarı” mətbuat orqanlarının bu hərəkətinə təəsüf edirik.”
Xatırladaq ki, məhz “Omnikomo Music Group” Rihannanın Bakıdakı konsertinin təşkilatçısıdır.