Azərbaycanda rus bölməsinə maraq 3 dəfə artıb

SOSİAL
15:29 14.07.2016
1385
Rus bölməsinin təşkili üçün hər bir məktəbə fərdi qaydada baxmaq lazımdır.
Azərbaycanda valideynlərin rus bölməsinə marağı əvvəlki illərə nisbətən artıb.
Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyib ki, əvvəllər şagirdlərin rus bölməsi üzrə əhatə dairəsi 6%-dən bir az yuxarı idisə, hazırda bu rəqəm 14-15%-ə çatıb.
Onun sözlərinə görə, məktəbi, tədris dilini seçməkdə valideynlər azaddır:
“Bu, valideynlərin hüququdur. Rus bölməsinin təşkili üçün hər bir məktəbə fərdi qaydada baxmaq lazımdır.
O yerdə rus bölməsi açılır ki, orada imkan var. İmkan olmayan yerdə bölməni açmaq mümkün deyil”.
///APA
OXŞAR XƏBƏRLƏR