Rusiya vətəndaşlarının Azərbaycanda müvəqqəti olma müddəti azaldıldı

SİYASƏT
18:37 29.12.2024
394
Azərbaycanda Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı qaydalar dəyişib.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn Rusiya Federasiyası vətəndaşlarının və Rusiya Federasiyasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gündən artıq ola bilməz.

Bu qərar 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

OXŞAR XƏBƏRLƏR