Azərbaycanda sahibsiz itlər axtalanacaq: Qərar verildi

Azərbaycanda sahibsiz itlər axtalanacaq: Qərar verildi
SOSİAL
16:31 21.08.2017
1337
Azərbaycanda quduzluğa qarşı kompleks tədbirlər planı hazırlanır.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis əvəzi Azər Süleymanov məlumat verib. A. Süleymanov Quduzluq Xəstəliyi ilə Mübarizəyə dair Kompleks Tədbirlər Planının Avropa İttifaqının Tvininq layihəsi çərçivəsində həyata keçiriləcəyini bildirib: "Sahibsiz itlərin insanlara hücum etməsi, quduzluq xəstəliyinin daşıyıcısı olması bizi də narahat edir. Amma siz də bilirsiniz ki, NK-nın müvafiq qərarına əsasən DBNX ancaq sahibli, qeydiyyatda olan ev heyvanlarını quduzluq xəstəliyinə qarşı vaksin edir.
 
Buna baxmayaraq biz yaxın gələcəkdə vəhşi heyvanların, sahibsiz itlərin də quduzluq xəstəliyinə qarşı vaksinasiyasının aparılmasını nəzərdə tutmuşuq. Avropa İttifaqının Tvininq layihəsi çərçivəsində hazırlanan Quduzluq Xəstəliyi ilə Mübarizəyə dair Kompleks Tədbirlər Planında bu məsələ öz əksini tapıb.
 
Milli Strategiyanın hazırlanmasında Avropa İttifaqının ekspertləri də iştirak edir". A.Süleymanov bildirib ki, Kompleks tədbirlər planında təkcə quduzluq xəstəliyinə qarşı vaksinasiya tədbirləri öz əksini tapmayıb: Bu sənəddə sahibsiz heyvanların saxlanıldığı sığınacaqların şəraitinin yaxşılaşdırılması, regionlarda sahibsiz itlərin saxlanıldığı sığınacaqların sayının artırılması da yer alıb: "Tədbirlər planında sahibsiz heyvanların vaksinasiyası, artımının qarşısını almaq üçün strelizasiya tədbirləri də nəzərdə tutulub. Strelizasiya tədbiri odur ki, sahibsiz itlər əməliyyat yolu ilə qısırlaşdırılaraq nəsil artıra bilmirlər. Bu təcrübədən dünyanın bir çox ölkələrində istifadə edilir. Kompleks təbdirlər planında vəhşi heyvanların da oral vaksinasiyası nəzərdə tutulur. 2015-ci ildə pilot layihə çərçivəsində Zaqatala, Balakən zonasında vəhşi heyvanların oral vaksinasiyası tədbiri aparıldı. Oral vaksinasiya yemləmə yolu ilə quduzluq xəstəliyinə qarşı mübarizə üsuludur. Yemlərə quduzluğa qarşı vaksin qatılaraq meşələrə qoyulur. Tədbirlər planında nəzərdə tutulur ki, vəhşi heyvanların oral vaksinasiyası davam etdirilsin. Bu yolla vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı mübarizə aparılsın.
 
Çünki, sahibsiz heyvanlar arasında da əsasən bu xəstəlik vəhşi heyvanlarla təmasdan yaranır. Avropa İttifaqının Tvininq layihəsi çərçivəsində hazırlanan Quduzluq Xəstəliyi ilə Mübarizəyə dair Kompleks Tədbirlər Planının hazırlanaraq gələn il hökumətə təqdim olunacaq".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda 12 kiloqram narkotik aşkarlanıb
17:31 23.06.2025
Bakıda 12 kiloqram narkotik aşkarlanıb
UFC əfsanəsi Bakıya heyran qalıb: "Sadəcə, inanılmaz bir yerdir, möhtəşəm memarlığı var"
17:20 23.06.2025
UFC əfsanəsi Bakıya heyran qalıb: "Sadəcə, inanılmaz bir yerdir, möhtəşəm memarlığı var"
Bəhruz Səmədova 15 il həbs verildi
16:53 23.06.2025
Bəhruz Səmədova 15 il həbs verildi
Azərbaycanda ömürlük məhkumların sayı artıb - STATİSTİKA
16:49 23.06.2025
Azərbaycanda ömürlük məhkumların sayı artıb - STATİSTİKA
Dövlət Xidmətindən genişmiqyaslı məlumat sızması ilə əlaqədar XƏBƏRDARLIQ
16:45 23.06.2025
Dövlət Xidmətindən genişmiqyaslı məlumat sızması ilə əlaqədar XƏBƏRDARLIQ
ASGA Minsk şəhərində Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində növbəti tədbirini reallaşdırdı - FOTOLAR
16:42 23.06.2025
ASGA Minsk şəhərində Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində növbəti tədbirini reallaşdırdı - FOTOLAR
Elarizin qızı məhkəməyə çağırıldı
16:37 23.06.2025
Elarizin qızı məhkəməyə çağırıldı
Müharibəyə görə Azərbaycanda hansı məhsullar bahalaşacaq? - VİDEO
16:35 23.06.2025
Müharibəyə görə Azərbaycanda hansı məhsullar bahalaşacaq? - VİDEO
"Bizim publika buna hazır deyildi" - Aqil M.Quliyevin 10 illik layihəsi
16:35 23.06.2025
"Bizim publika buna hazır deyildi" - Aqil M.Quliyevin 10 illik layihəsi
Qaxın icra başçısının səlahiyyətlərini icra edən şəxs məlum oldu
16:29 23.06.2025
Qaxın icra başçısının səlahiyyətlərini icra edən şəxs məlum oldu
Qəzzada həlak olanların sayı 55 min 998-ə çatdı
16:24 23.06.2025
Qəzzada həlak olanların sayı 55 min 998-ə çatdı
"O boyda faciədən sonra sənətə onlara görə qayıtdım" - Xalq artisti
16:19 23.06.2025
"O boyda faciədən sonra sənətə onlara görə qayıtdım" - Xalq artisti
Peskov: “İrana yardım Tehranın ehtiyaclarından asılı olacaq”
16:16 23.06.2025
Peskov: “İrana yardım Tehranın ehtiyaclarından asılı olacaq”
İran ABŞ-ni təhdid etdi: 50 min əsgərinizi tabutda geri göndərəcəyik
16:13 23.06.2025
İran ABŞ-ni təhdid etdi: 50 min əsgərinizi tabutda geri göndərəcəyik
Netanyahunun arvadından İran xalqına müraciət: “Biz sizin düşməniniz deyilik”
16:11 23.06.2025
Netanyahunun arvadından İran xalqına müraciət: “Biz sizin düşməniniz deyilik”
Əsgərin 40 dərəcə hərarəti olubmuş... - Ölümü ilə bağlı həbs edilən var
16:00 23.06.2025
Əsgərin 40 dərəcə hərarəti olubmuş... - Ölümü ilə bağlı həbs edilən var